Şirkətimizdə minimum icarə müddəti 2 gündən başlayır. İcarəyə götürmə müddəti müqavilə imzalandıqdan sonra hesablanır.
Ödəniş tam qabaqcadan, maşın götürülən zaman edilir. Maşın ödənişindən əlavə 200 azn depozit var. Depozit nağddır, avtomobilin ödənişi nəğd və ya kredit kartları (VISA/MASTERCARD) ilə həyata keçirilir.
Avtomobil yalnız Azərbaycan Respublikasının hüdudlarında idarə oluna bilər.
Vacib ŞƏRTLƏR:
Nəqliyyat vasitəsini icarəyə götürən şəxsin yaşı 24-dən yuxarı olmalıdır;
Avtomobili icarəyə götürən şəxsin ən azı 2 il sürücülük təcrübəsi olmalıdır;
19.05.2022-ci il tarixli “Yol hərəkəti haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən, xarici və Azərbaycan vətəndaşlarının 1 ay müddətinə xaricdə almış sürücülük vəsiqələri ilə ölkə daxilində avtomobil idarə etmək hüququ vardır. 1 aydan çox yerli sürücülük vəsiqəsi alınmalıdır.
Avtomobil icarəsi qiymətinə daxil olan xərclər:
Avtomobilin icarə haqqı;
Kasko sığortası (qəza, üçüncü şəxslərə dəyən zərər);
İcbari sığorta.
Avtomobil icarəsi qiymətinə daxil olmayan xərclər:
Yuyulma haqqı;
Yanacağın qiyməti;
Parkinq xərcləri;
dövlət qanunvericiliyinə uyğun olaraq yol hərəkəti qaydalarının pozulmasına görə çəkilən cərimələr;
Avtomobilin zədələnməsi (daxili və ya xarici), o cümlədən təkərlərin zədələnməsi;
Yeni maşınlar
2016-2023 aralığında müasir avtomobillər
Xüsusi qiymətlər
Büdcənizə uyğun qiymətlər və xüsusi endirimlər
Sığorta
Kasko və icbari sığortalı avtomobillər
Sürücü xidməti
Bütün növ avtomobilləri sürücü ilə icarəyə vermək olar